Yeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.
KONKRET.az xəbər verir ki, “Gazeta”nın məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları “New England Medicine Journal”da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.
Çin koronavirusundan təxminən 30 min insan zərər çəkib, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik uşaqlarda yoluxma halları qeydə alınmayıb. Tədqiqatçılar uşaqların yoluxmaya daha müqavimətli olduğunu, xəstələndikdə isə simptomlardan daha az əziyyət çəkdiklərini deyirlər.
