backend

Koronavirusun daha bir əlaməti ortaya çıxdı - ayaqdakı səpgilərə diqqət edin 

İspaniya və İtaliya həkimləri iddia edirlər ki, daban və ayaq barmaqlarında qızılcaya bənzəyən səpgilər koronavirus əlaməti ola bilər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Metro nəşri yayıb.

Mənbə bildirir ki, koronavirusun aşkar edildiyi hər beşinci italiyada dəri problemləri var. Fransa, İtaliya və İspaniyada bu simptom tez-tez koronaviruslu uşaqlarda və yeniyetmələrdə aşkar edilib.

Uşaq dermatoloqu Mazzotta Troccoli bu simptomun İtaliyada daha çox yayıldığını söyləyib:

“Sonrakı müşahidələr COVID-19-un klinik simptomu ilə qarşılaşdığımızı təsdiqləsə, bu dermatoloji əlamət uşaqlarda və yeniyetmələrdə erkən mərhələdə infeksiyanın aşkarlanmasında faydalı ola bilər”.

Mütəxəssislər hamını bunu ciddi qəbul etməməyə çağırıb:

“Əgər ortaya çıxsa, evdə özünüzü izolyasiya edin”.

Eyni zamanda, mütəxəssislər vətəndaşlara yalnız bu simptom olduqda tibb mərkəzlərinə getməməyi tövsiyə edirlər:

“Lakin biruzə versə, xəstənin sağlamlıq vəziyyəti diqqətlə izlənilməlidir”.

 Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*