Koronavirusun müalicəsi üçün daha 2 dərman istifadə olunacaqbackend

Koronavirusun müalicəsi üçün daha 2 dərman istifadə olunacaq

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un müalicəsi üçün tövsiyə olunan dərmanlar siyahısına 2 yeni preparat əlavə edib.

KONKRET.az-ın xəbərinə görə, xəstəliyi ağır keçirənləri “Barisitinib”lə müalicə etmək tövsiyə olunur. Bu preparat əsasən revmatoid artritin müalicəsində istifadə olunur. Sınaqlar göstərir ki, adıçəkilən dərmanın COVID xəstələrində istifadəsi ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır.

Xəstəliyi orta ağır keçirən, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan şəxslər üçün isə “Sotrovimab” preparatı məsləhət görülür. Söhbət əsasən yaşlı insanlardan və immun çatışmazlığı olan və ya xroniki xəstəliklərdən əziyyət çəkənlərdən gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*