Koronavirusun müalicəsi üçün yeni dərman yaradıldıbackend

Koronavirusun müalicəsi üçün yeni dərman yaradıldı

ABŞ-ın “Pfizer” şirkəti koronavirusun müalicəsi üçün yeni preparat yaradıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yeni preparat “Paxlovid” adlanır.

Tibbi sınaqların nəticəsinə görə, “Paxlovid” koronaviruslu şəxslərdə xəstəxanaya yerləşdirilmə və ölüm risklərini 89 faiz azaldır.

“Pfizer”in yaydığı məlumatda deyilir ki, şirkət “Paxlovid” preparatınınn “mükəmməl effektivliyi” ilə bağlı sınaqları başa çatdırır və məlumatları ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsinə (FDA) ötürməyə başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*