Koronavirusun “Yota” ştammı daha sürətlə ötürülür – ARAŞDIRMAbackend

Koronavirusun “Yota” ştammı daha sürətlə ötürülür - ARAŞDIRMA

Amerikalı alimlər koronavirusun yeni “Yota” ştammı (B.1.526) barədə araşdırma aparıb.

KONKRET.az xəbər verir ki, araşdırmanın nəticələri “medrxiv.org” portalında dərc olunub. Məlumata əsasən, bu ştammın letallıq dərəcəsi 80%-dən çox ola bilər.

Alimlər araşdırma zamanı 2020-ci ilin noyabrından 2021-ci ilin aprel ayı ərzində Nyu-Yorkun tibb müəssisələrində əldə edilmiş epidemioloji məlumatları təhlil edib. Belə aydın olub ki, koronavirus B.1.526 ştammı ilə digər variantlarla müqayisədə 15-25% daha sürətlə ötürülür.

Bununla yanaşı, “Yota” ştammı yoluxmuş şəxsin yaşından asılı olaraq infeksiyadan ölüm nisbətini orta hesabla yarım dəfə artıra bilir.

Qeyd edək ki, “Yota” ştammı ilk dəfə 2020-ci ilin noyabr ayında Nyu-Yorkda aşkar edilib. Daha sonra B.1.526 ştammı Amerikanın bütün ştatlarında və dünyanın 27 ölkəsində aşkarlanıb.

  • Vidadi
    Avqust 11, 2021 - 11:07

    Allah amerikalıların bəlasın versin. Yer üzündə olan bütün fəsadların səbəbkarı onlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*