“Mariya Zaxarova Rusiyanın Böyük Britaniyadakı səfiri təyin edilməlidir”.
KONKRET.az xəbər verir ki, bunu hərbi-siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalda yazıb.
“Mariya Zaxarova Rusiyanın Böyük Britaniyadakı səfiri təyin edilməlidir. O, bu vəzifədə səmərəli işləyə biləcək. Və Londonda Rusiyaya qarşı hər hansı bir anti-Rusiya qəzəbinə və etirazına dərhal cavab verə biləcək. Bu, anqlosaksların başa düşdüyü yeganə simadır.
İndi görək Zaxarova müqavilə alacaqmı? Əgər imtina etsələr, Britaniya səfiri Debora Bronneti Moskvadan qovmaq sadə işdir!”, – deyə Korotçenko bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
