İyulun 17-də 15 günlük körpəsini zibil qutusuna atan Səbinə Qasımova ilə bağlı ətraflı məlumat əldə etmək üçün Baku TV-nin əməkdaşı onun qeydiyyatda olduğu ünvanda olub.
KONKRET.az-ın məlumatına görə, məlum olub ki, paytaxtın Hövsan qəsəbəsindəki ünvanda S.Qasımovanın keçmiş qayınatası və qayınanası yaşayır. Əvvəlcə onlar S.Qasımovanın gəlinləri olduğunu inkar ediblər.
Lakin söhbət əsnasında S.Qasımovanın onlara 11 il gəlinlik etdiyini, bu izdivacdan bir oğul nəvələrinin olduğunu etiraf ediblər.
Daha ətraflı Baku TV-nin süjetində:
