Kral III Çarlz Kolçesterə səfəri zamanı FİTƏ BASILDIbackend

Kral III Çarlz Kolçesterə səfəri zamanı FİTƏ BASILDI

Böyük Britaniya kralı III Çarlzın səfəri münasibətilə Kolçesterdə (Esseks, Şərqi İngiltərə) təşkil olunan tədbirin iştirakçıları monarxı və onun həyat yoldaşını fitə basıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Belə ki, nümayişçilər əllərində “Mənim kralım deyil” şüarı yazılmış plakatlar qaldırıblar. Etirazçılardan biri kraldan onların suallarına cavab verməsini tələb edib:

“Bizim pulumuzu niyə xərcləyirsən? Demokratiyaya inanmırsınız? Tənqidçilərinizlə danışın, qaçmayın”.

Qeyd edək ki, III Çarlz 8 sentyabr 2022-ci ildə anası II Elizabetin ölümündən sonra Britaniya taxtına oturub. 74 yaşlı monarxın tacqoyma mərasimi mayın 6-da baş tutacaq.

Məlumata görə, populyarlıq baxımından yeni kral sələfindən xeyli geri qalır.

Keçirilən sorğulara əsasən, britaniyalıların 56%-i krala müsbət, 12%-i mənfi, 28%-i isə neytral münasibət bəsləyir.

İqbal Rayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*