Kraliça koronavirusa YOLUXDUbackend

Kraliça koronavirusa YOLUXDU

Böyük Britaniya kraliçası II Elizabet koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters”ə Bukinqem sarayından bildirilib.

Qeyd edilib ki, 95 yaşlı kraliçanın COVID-19 testinin nəticəsi müsbət çıxıb. O, xəstəliyi yüngül keçirir, lakin gələn həftə vəzifələrini davam etdirəcəyini gözləyir.

“O, tibbi yardım almağa davam edəcək və bütün müvafiq qaydalara əməl edəcək”, – saraydan vurğulanıb.

Taxtın varisi 73 yaşlı Çarlz bu ayın əvvəlində ikinci dəfə koronavirusa yoluxub. Saraydakı mənbə onun kraliça ilə bir neçə gün əvvəl görüşdüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*