Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı sülh danışıqlarını qəsdən ləngitdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu haqda teleqram kanalında deyib.
Zelenski qeyd edib ki, Kreml hərbi əməliyyatları dayandırmaqda maraqlı deyil və Moskvanı dialoqa məcbur etmək məsuliyyəti Kiyevin beynəlxalq müttəfiqlərinin üzərinə düşür.
“Rusiyanın müharibəni dayandırmağa hazır olmasını təmin etmək bizim tərəfdaşlarımızın məsuliyyətidir. Putin bunu təkbaşına etməyəcək”, – Zelenski vurğulayıb.
Ukrayna lideri əmin olduğunu bildirib ki, ABŞ-nin gücü Moskvaya lazımi təzyiq göstərmək üçün kifayətdir. Bunun üçün yalnız qətiyyət lazımdır.//“Qafqazinfo”