Kreml Putinlə Paşinyan arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovməlumat verib. O bildiribki, çərşənbə axşamı gecə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini müzakirə edib.
“Bu gecə Ermənistanın Baş naziri Paşinyanla telefon danışığı olub. Onlar Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, orada baş verən gərginliyi müzakirə ediblər”, – Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “baş verən söhbətə uyğun olaraq hazırda ekspertlər səviyyəsində iş gedir. Bu işin nəticələrini əldə etdikdən sonra sizə məlumat verəcəyik”, – Peskov deyib.
Xuraman Etibarlı,
KONKRET.az
