Kreml Saakaşvilinin Gürcüstana qayıtmasına MÜNASİBƏT BİLDİRDİbackend

Kreml Saakaşvilinin Gürcüstana qayıtmasına MÜNASİBƏT BİLDİRDİ

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəsinə qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə KONKRET.az TASS-a istinadən xəbər verir.

“Bu, Kreml üçün maraqlı mövzu deyil. Amma o, harada olursa, orada “sirk” var”, – D.Peskov deyib.

Xatırladaq ki, M.Saakaşvili səkkiz ildən sonra Gürcüstana qayıdıb. O, daha sonra Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb və oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətində olduğunu bildirib. Ölkənin Daxili İşlər Nazirliyi isə Saakaşvilinin Gürcüstan sərhədini keçmədiyi barədə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*