backend

Kremldən Ukraynanın Moskva və Sankt-Peterburqa zərbə endirəcəyi ilə bağlı açıqlamasına REAKSİYA

Kreml Ukraynanın Moskva, Sankt-Peterburq və Yekaterinburqa zərbələr endirəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyakın “Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi şəhərlərin mümkün zərbələrə məruz qalacağını” söyləyən açıqlamalarına Kreml cavab verib.

O bildirib ki, Ukraynanın Rusiya şəhərlərinə zərbələr endirməsi ilə bağlı açıqlamaları “xüsusi hərbi əməliyyatın keçirilməsinin məqsədəuyğunluğunu” təsdiqləyir.

“Aydındır ki, Kiyev rejimi heç nəyi rədd etmir. Bu, seçdiyimiz yolun düzgünlüyünü və niyyətlərimizin doğruluğunu bir daha təsdiqləyir. Özümüzü belə təhlükədən qorumaq niyyətimizdir”, – deyə Peskov bildirib.

Bu kontekstdə o, filosof Aleksandr Duqinin qızı Daryanın avtomobilin partladılmasını və “Kiyev rejiminin terror aktlarının təşkilində iştirakı” ilə bağlı digər faktları xatırladıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*