Kremlin danışıqlara dair eyhamlarına Litvadan AÇIQLAMA: “Rusiyanın barıtı TÜKƏNİB”backend

Kremlin danışıqlara dair eyhamlarına Litvadan AÇIQLAMA: "Rusiyanın barıtı TÜKƏNİB"

Kremlin danışıqlara dair eyhamlarına Litvadan açıqlama gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Linas Linkevicius Twitter-də yazıb.

Linkevicius bildirib ki, Ukrayna indi müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara getməməlidir. Kreml öz ssenarisi ilə oynamaq istəyir.

“Təsadüfi deyil ki, Kreml Ukrayna ilə danışıqlara hazır olması barədə açıq bəyanatlar verir. Lakin Rusiya sülhün bərqərar olması üçün onlardan istifadə etməyə ümid etmir”, – deyə diplomat bildirib.

“Kreml danışıqlara eyham vurur, bu o deməkdir ki, barıt tükənib və onlar işğal olunmuş əraziləri dondurmaq istəyirlər. Heç bir halda onların nəfəs almasına icazə verilməməlidir”, – Linkevicius deyib.

Diplomat əmindir ki, məhz belə məqamlarda Ukraynanın işğalçıları daha da zəiflətmək və öz ərazilərini azad etmək şansı var.

“Silah tədarükünün artmasına böyük ümidlər var, xüsusən də Amerikanın lend-lizinqi sayəsində. Ukrayna Rusiyadan təmizlənməlidir. Vəssalam”, – deyə o vurğulayıb.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynanın “xüsusi əməliyyatı” dayandırmaq üçün şərtləri necə yerinə yetirəcəyini müzakirə etmək istəyir.

Zelenski Rusiyanın danışıqlar istəmədiyini deyib və onu acgöz timsahla müqayisə edib. Bir qədər əvvəl Prezident Aparatı Rusiya ilə danışıqları “ölüm hökmü” adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*