Kremlin düşmənləri – Baqdasarov indi daha çox QIŞQIRIR – ƏTRAFLIbackend

Kremlin düşmənləri - Baqdasarov indi daha çox QIŞQIRIR - ƏTRAFLI

Politoloq Baqdasarov yenə hürür. Danışıq tərzinə uyğun olaraq indi daha çox qışqırır. Erməni əsilli politoloq artəq adətkardır, hamını günahlandırır: siyasətçiləri, hərbçiləri, həmçinin iqtisadçıları. Guya özü hər şeyi əla bilir və yerində olsaydı, bütün problemləri çözə bilərdi. Xüsusilə anti-Türkiyə, anti-Ərdoğan hücumları onda “yaxşı alınır”. Rusiyada ermənipərəst auditoriya onun Turan əleyhinə olan “baxışlarını” məmnuniyyətlə qəbul edir.

Boqdasarov Solovyovla birləşərək bu dəfə Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını hədəfə alıb. Baxmayaraq ki, kürd terrorçu dəstələri Türkiyədə, İstanbulda dinc əhaliyə qarşı terror aktları törədəndə bu iki əbləh ağzəna su alıb oturmuşdu. Söhbət ondan gedir ki, bu yaramazlar Rusiyanın başqa üzüdür. Elə dünyanın riyakarlığı da Solovyov timsalında iyrənc görünür.

Bunlara elə gəlir ki, Türkiyə sakitcə Baqdasarov kimilərinin başını sığallamalıdır və Suriyada kök salmış kürd quldur birləşmələrini məhv etməməlidir. Qaragüruh təbliğatçılar sübut etməyə çalışır ki, bu əməliyyatlar hərəkət birbaşa Rusiyaya qarşı yönəlib? İnsafən Solovyov bu terror qruplaşmalarını kimin silahla təmin etdiyini soruşduqda Baqdasarov həmişəki qaydada mıqqıldamaşa başladı vəs sualdan yayınmaq istədi. Nəhayət, Solovyovun təzyiqi ilə o, ABŞ-ın bu terror təşkilatlarını silahla təmin etdiyini etiraf etməli oldu. Bəs amerikalıların dəstəklədiyi, onları silahla təmin edən terror təşkilatları nə vaxtdan Əsədlə Putinin “dostuna” çevrilib?! Belə çıxır ki, amerikalıların Ukraynanı silahla təmin etdiklərini demək olar, amma Suriyada Türkiyəyə qarşı tədarük edilən silahlardan danışmaq olmaz?!

Məlum olduğu kimi, Rusiya neftinin boğazlardan daşınmasına qadağalar qoyulub. O da məlumdur ki, Qərb sığorta şirkətləri Rusiya firmalarının təyyarələrini sığortalamaqdan imtina etmişdilər və Rusiya aviadaşıyıcısı bu qadağaların qüvvədə olduğu bir sıra reysləri ləğv etmək məcburiyyətində qalmışdı. Türkiyə də məcburən Rusiya neftinin tankerlərlə daşınmasını ləğv etmək məcburiyyətində qalmışdı. Nəticədə aydın oldmuşdu ki, Rusiyanın öz neftini nəql etmək üçün kifayət qədər tanker ehtiyatı yoxdur. Amma bütün bunlara baxmayaraq, Rusiyanı çətin vəziyyətdən türk dünyası qurtarır. Belə ki, Almaniya Rusiya qazını Azərbaycan vasitəsilə almağa razılaşdı. Və bu layihə artıq həyata keçirilir.

Nə qədər ki, Rusiyadakı türkofobiya əhval-ruhiyyəsi Rusiya media məkanında geniş şəkildə təbliğ ediləcək, bu, Rusiya dövlətçiliyini kökündən sarsıdacaq. İlk nöbvədə ona görə ki, Qərbin anti-Rusiya strukturlarının Rusiyada millətlərarası münasibətlərə zərbə vurması daha asan olacaq. Doğrudanmı bu prosesləri izləyənlər başa düşmürlər ki, Rusiya ərazisində 20-dən çox türk xalqı yaşayır, onlardan 11-i öz inzibati ərazi bölgüsünə malikdir və Orta Asiya türk birliyi türklərin antitürk hücumlarına çox acı reaksiya verir. Rusiya mediası, Azərbaycanı və Türkiyənin özünü deməyək?

Rusiya üçün çətin anlarda kömək əlini uzadan türkdilli dövlətlər niyə belə çaqqal xislətli medianın təqdimatı ilə ictimaiyyətə düşmən kimi göstərilməlidir?

Ola bilərmi ki, Rusiyanın ümumi dövlət maraqları üzərində şəxsi siyasi, merkantil, genetik maraqlar üstünlük təşkil etsin?

Rusiya mediasında türkofobiya bu dövlətin sonunu sürətləndirir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*