Krım hökumət başçısının müavini əmindir ki, Rusiya-Ermənistan əməkdaşlığının böyük perspektivləri var.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İrəvan-Minsk-Moskva “üçlüyü” Krım Nazirlər Soveti sədrinin müavini, respublikanın Rusiya Prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov tərəfindən “çox bəyənilib”:
“Mən bu yaxınlarda Minskdə və İrəvanda olmuşam. Orada da, ictimaiyyətin və aparıcı dairələrin əhval-ruhiyyəsi bizim müttəfiqlik münasibətlərimizin möhkəmlənməsinə tərəfdardır. Ermənistanda isə Rusiya ilə müttəfiqlik (Rusiya ilə güclü Ermənistan. Yeni birlik naminə – red.) hərəkatı var”, – Muradov vurğulayıb.
O hesab edir ki, Rusiya, Ermənistan və Belarus arasında müttəfiqlik münasibətlərinə daha yaxın xarakter vermək vacibdir: “Bizim Ermənistanla çox böyük perspektivlərimiz var”.
“Rusiya ilə güclü Ermənistan: yeni birlik naminə” ictimai hərəkatının təşəbbüskarları əmindirlər ki, Moskva və İrəvan gələcək inteqrasiyaya hazırdır. Eyni zamanda qeyd edirlər ki, İttifaq dövləti yarananda Ermənistanın suverenliyi üçün təhlükə olmayacaq” – Muradov mənasız fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
