KTM: “Aprel ayında 20 uşaq zəhərlənib, biri ölüb”backend

KTM: “Aprel ayında 20 uşaq zəhərlənib, biri ölüb”

Aprel ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə KTM-in Mətbuat Xidmətindən məlumat verilib.

O bildirib ki, aparılan statistikaya görə, onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb:

Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 5-ni ilan, 1-ni isə əqrəb sancıb.

Zəhərlənən şəxslərin 54-ü qadın, 50-sı kişi, 20-si uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*