KTMT-nin Baş katibindən Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMAbackend

KTMT-nin Baş katibindən Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMA

KTMT-nin baş katibi “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində kollektiv təhlükəsizlik üzrə konfransda Azərbaycan Ermənistan münasibətlərindən danışıb.

KONKRET.az-ın məlumatına görə, Baş katib münasibətlərin nisbətən normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirib.

O bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından və Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olmasından sonra vəziyyət sabitləşib, qan tökülməsi dayanıb.

S.Zas sərhəddəki duruma da münasibət bildirib:

“Ermənistan-Azərbaycan sərhədində, daha doğrusu, təmas xəttində gərginlik ocaqları var. Ara-sıra atışma olur, amma “belə olmamalıdır”. İndi tərəflərin qarşısında sərhədin delimitasiyası və demarkasiyası kimi ciddi vəzifə durur. Bu, regionun təhlükəsizliyini gücləndirəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*