KTMT Qarabağda baş verən hadisələrə müdaxilə etmək istəsə nə baş verəcək? – AÇIQLAMAbackend

KTMT Qarabağda baş verən hadisələrə müdaxilə etmək istəsə nə baş verəcək? - AÇIQLAMA

Alp Arslan İmamqulu

Dünən axşamdan başlayaraq Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi Ermənistan hakimiyyətini əməlli-başlı təşvişə salıb. Paşinyan hökuməti isə vəiyyəti Azərbaycanla müzakirə etmək əvəzinə çıxış yolunu Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməkdə görüb. KTMT-nin Daimi Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclas keçirib.

İclasın nəticələrinin necə olacağı maraq doğurduğundan KONKRET.az mövzunu hərbi analitik Alp Arslan İmamqulu ilə müzakirə edib.

Hərbi analitik bildirib ki, Azərbaycan-Ermənistan arasındakı münaqişəyə KTMT-nin müdaxiləsi gözlənilmir:

“Azərbaycan başqa bir ölkənin sərhədinə müdaxilə etməyib. Buna görə də başqa ölkələrin və ya təşkilatların hadisəyə birbaşa müdaxiləsi düzgün deyil. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında qarşılıqlı təhlükəsizliyimizin zəmanətini də əhatə edən müqavilədir. Yəni hər iki tərəf bir-birinin təhlükəsizliyinə cavabdehdir. KTMT Azərbaycan və Ermənistan arasında baş verən münaqişəyə qarışsa, bu zaman sözügedən Bəyannaməyə əsasən Türkiyə də vəziyyətə müdaxilə edəcək. Ancaq mövcud şəraitdə KTMT-nin münaqişəyə müdaxiləsi heç bir şəkildə mümkün deyil”.

Onu da qeyd edək ki, Ermənistanın müraciəti əsasında KTMT bu məsələ ilə bağlı bəyanat yayıb. Təşkilat bildirib ki, KTMT güc tətbiqini qəbuledilməz hesab edir. Siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə etməyi vacib sayır.

Arifə Kərimzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*