KTMT qüvvələrinin nə vaxta qədər Qazaxıstanda qalacağı açıqlandıbackend

KTMT qüvvələrinin nə vaxta qədər Qazaxıstanda qalacağı açıqlandı

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq”.

KONKRET.az-ın məlumatına görə, bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib.

Onun sözlərinə görə, Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev sosial etirazlar fonunda ölkədə baş verən iğtişaşları yatırmaq məqsədi ilə KTMT qüvvələrini ölkəyə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*