KTMT qüvvələrinin yeridilməsinə parlamentin təsdiqi olmadan dövlət başçılarının qərar verməsi təklif olunub.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, bu bağlı rusiyalı diplomat Qriqori Karasin fikir bildirib. O deyib ki, Rusiya qanunvericiləri parlamentin təsdiqi olmadan təşkilatın dövlət başçılarının KTMT qüvvələrinin yeridilməsi ilə bağlı qərar qəbul etməsinə dair qayda tətbiq etməyi təklif edirlər.
Onun sözlərinə görə, bu cür hallardan qaçmaq lazımdır ki, onlar KTMT-nin iki ölkəsində (Qırğızıstan və Ermənistan) baş verib. O zaman parlamentlər KTMT silahlı kontingentindən istifadəyə səs vermək üçün iki dəfə toplaşmağa məcbur olublar.
Yeni qərar qəbul olunsa, KTMT qüvvələri ancaq dövlət başçılarının qərarı ilə yeridilə bilər.
Xuraman Etibarlı,
KONKRET.az
