“Kukla ilə üz-üzə əyləşmək fikrim yoxdur” – Vüqar Səfərlidən Dadaşlinskiyə etiraz – VİDEObackend

"Kukla ilə üz-üzə əyləşmək fikrim yoxdur" - Vüqar Səfərlidən Dadaşlinskiyə etiraz - VİDEO

Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli “İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramının aparıcısı Dadaş Dadaşlinskinin onu verilişinə çağırmasından danışıb.

KONKRET.AZ xəbər verir ki, Vüqar Səfərli “Gununsesi.org” saytına bu barədə açıqlama verib:

“Əvvəla, onlar məni cəmi 1 dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.

KİVDF rəsmisi qeyd edib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər.

“Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək”, – deyə Vüqar Səfərli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*