Küləkli hava nə vaxta qədər davam edəcək?backend

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti axşama doğru tədricən mülayimləşəcək.

Bu sözləri KONKRET.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah gün ərzində cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 29–34 dərəcə isti olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*