Küləkli və yağışlı hava sabah da davam edəcək – PROQNOZbackend

Küləkli və yağışlı hava sabah da davam edəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 11-də havanın dəyişkən buludlu olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, hava əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*