Kürdə batan 12 yaşlı oğlanın meyiti tapıldıbackend

Kürdə batan 12 yaşlı oğlanın meyiti tapıldı

14.07.2022-ci il tarixində Kür çayının Sabirabad rayonu, Azadkənd kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Abdullayev Əhməd Əkbər oğlunun axtarışları başa çatıb.

Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.

Xəbərə görə, Ə.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*