Kürdəmir sakini ehtiyatsızlıqdan özünü yandırdı – FOTObackend

Kürdəmir sakini ehtiyatsızlıqdan özünü yandırdı - FOTO

Kürdəmir rayonunda qadın ehtiyatsızlıqdan xəsarət alıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Əmirova Şura İslam qızı yaşadığı evdə hamamın ocağını yandıran zaman ocağa dizel əvəzinə benzin yanacağı töküb.

Nəticədə qadın yanıq xəsarətləri alıb.

Yaralı yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona üçüncü dərəcəli termik yanığı diaqnozu qoyublar. Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*