Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayevi yaşadığı evdə elektrik cərəyanı vurub.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.