Kürdəmirdə ağır yol qəzası oldu, bir nəfər öldübackend

Kürdəmirdə ağır yol qəzası oldu, bir nəfər öldü

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Şəmkir rayon sakini Şükran Rəvan oğlu Əhmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobil həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədağa Əlövsət oğlu İbrahimovu vurub.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*