Pakistanın Lahor şəhərində güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, keçmiş baş nazir İmran Xanının tərəfdarlarının kütləvi etirazları keçirilən Lahorda çox güclü partlayış baş verib. Partlayışın anbaan görüntüləri sosial mediada yayılıb.
Qeyd oluinur ki, saxlanılan sabiq baş nazirin tərəfdarları Lahordakı Hökumət başçısının iqamətgahına hücum ediblər.
Pakistan ordusu İslamabadda kütləvi etirazları dağıtmaq üçün zirehli nəqliyyat vasitələri, gözyaşardıcı qaz və hətta döyüş patronlarından istifadə edir.
Xuraman Etibarlı,
KONKRET.az
