Küveytin baş naziri İlham Əliyevə başsağlığı verdibackend

Küveytin baş naziri İlham Əliyevə başsağlığı verdi

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

KONKRET.az məktubun mətnini təqdim edir:

“Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*