Şimali Koreya 2025-ci ildə ballestik raketlərin sınağına başlayıb.
KONKRET.az xəbər verir ki, KXDR bu il ilk raket sınağını Yapon dənizində keçirib. Şimallıların raket sınağı Cənubi Koreyada həyacanla izlənilib. “Yonhap” xəbər agentliyi bildirir ki, Cənubi Koreya ordusu KXDR raketinin ən azı 1100 kilometr məsafəyə uçuşunu sadəcə seyr edib. Agentlik daha sonra qeyd edir ki, KXDR son ballestik raket sınağını ötən il noyabrın 5-də keçirmişdi.
Vəli Həsənoğlu,
KONKRET.az