Laçın dəhlizinə alternativ yeni yolun fəaliyyətə başlayacağı tarix AÇIQLANDIbackend

Laçın dəhlizinə alternativ yeni yolun fəaliyyətə başlayacağı tarix AÇIQLANDI

Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yolun Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlaşması işləri bitib.

Bundan əvvəl yoldan istifadə olunmasına avqustun 31-də başlanacağı bildirilmişdi.

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.

Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*