Laçın-Xankəndi yolunda SON VƏZİYYƏT – YENİ GÖRÜNTÜLƏRbackend

Laçın-Xankəndi yolunda SON VƏZİYYƏT - YENİ GÖRÜNTÜLƏR

Laçın-Xankəndi yolundakı keçid məntəqəsinin tikintisi yekunlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti foto və video yayıb. Görüntülərdə xüsusi təyinatlılar, zirehli transportyorlar və hərbi maşınlar əks olunub. Bu ərazidə keçid məntəqəsinin tikintisi sürətlə davam edir, bunun üçün çoxlu texnika cəlb edilib.

“Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başladığı Həkəri körpüsü yaxınlığında mövqe tutduqdan sonra çoxlu sayda canlı qüvvə və texnika cəmlənib.

Şəxsi heyətin yerləşdirilməsi və keçid məntəqəsinin fəaliyyəti üçün xüsusi səyyar bölmələr quraşdırılıb. Körpünün hər iki tərəfində Azərbaycanın dövlət bayraqları üçün dirəklər basdırılıb. Sərhəddən keçən avtomobillərin saxlanması və yoxlanılması üçün xüsusi zona da var. Yəni işlər başa çatdıqdan sonra ərazidə tam nəzarət-buraxılış məntəqəsi yaranacaq”, – deyə agentlik bildirib.

Görüntülərə əsasən, Ermənistan tərəfdən yalnız Rusiya bayraqları qaldırılıb. Aydındır ki, keçid məntəqəsinin işi Rusiya sülhməramlı qüvvələri ilə razılaşdırılmaqla təmin olunacaq. Lakin Həkəri körpüsündə tikilmiş keçid məntəqəsində yalnız Azərbaycan sərhədçiləri dayanacaq.

Ermənistanla Azərbaycan arasında rəsmi diplomatik münasibətlər qurulmadığından və bu səbəbdən qarşılıqlı keçid üsulu müəyyən olunmadığından sərhəd keçidinin hansı rejimdə fəaliyyət göstərəcəyi hələlik məlum deyil. Qarabağ ermənilərinin Ermənistana gedə bilməsi üçün hansısa müvəqqəti rejim tətbiq olunacağı istisna edilmir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*