backend

Latın amerikalıların FUTBOL SİRRİ: Onlar niyə bu qədər yaxşı oyunçudurlar? – MARAQLI SƏBƏBLƏR

Latın Amerikasından olan komandalar dünya çempionatlarında həmişə parlaq və gərgin futbol nümayiş etdirirlər.

KONKRET.az xəbər verir ki, Latın Amerikası komandalarından Braziliya, Argentina, Uruqvay dünya çempionu olub. Digər Latın Amerikası ölkələrindən olan Kosta Rika, Meksika və ya Ekvador kimi komandalar ən yüksək mükafatları almasalar da, möhtəşəm oyunla həvəskarları heyran qoymağı bacarırlar. Ulduz Latın amerikalı futbolçular (xüsusən də braziliyalılar) indi dünyanın ən yaxşı klublarında iştirak edirlər. Avropa və Cənubi Amerika komandalarının futbolda uğur qazanmasına baxmayaraq, Afrika, Asiya və Avstraliya futbolda heç vaxt yüksək pillələrə qalxa bilməyib. Baxmayaraq ki, onlar dünyaya çoxlu böyük oyunçular bəxş ediblər.

İspanlar niyə futbolu bu qədər yaxşı oynayırlar?

Ekspertlər bunun bir neçə səbəbinin olduğunu deyirlər. Birincisi, iqlim və coğrafi mühit latın amerikalıların ulduz olmasına imkan verir. İldə 12 ay günəş parlayanda və  zərif qumlu çimərlik olanda topu yuvarlamamaq sadəcə günahdır? Həmçinin Cənubi amerikalı futbolçular afrikalılardan və ya asiyalılardan fərqli olaraq sürətli qaça, düşünə və meydanda nizam-intizamı qoruya bilirlər. Digər tərəfdən son vaxtlar Avropa öz futbolunu daha da yüksəldir. Köhnə dünyanın milli komandalarında çoxlu afrikalı futbolçular meydana çıxır.

Pele və Maradona – 20-ci əsrin ən böyük futbol ulduzları

Latın Amerikasının əksər ölkələrində futbolun özü 20-ci əsrin əvvəllərindən etibarən kult və milli ideya çərçivəsində qurulub. Latın amerikalılar döyüşməyi sevmirlər. Amma onlar futbol oynamağı çox xoşlayırlar. Parlaq meydan oyunu onlar üçün istənilən müharibəni əvəz edir.

Qeyd edək ki, Braziliyanın ilk milli futbol komandası 1914-cü ildə yaranıb. O vaxt bu ölkənin ən böyük futbol gücünə çevriləcəyini heç kim bilmirdi. Üstəlik Cənubi Amerikalıların əksəriyyəti zəngin deyil və işsizdir. Oyunun formasına və məkanına görə xüsusi xərc tələb etməyən futbol Braziliyanın və Argentinanın kasıb ailələrindən olan oğlan uşaqları üçün böyük ümid və yoxsulluq buxovundan çıxmaq üçün bir fürsətdir. Həmçinin Maradona, Messi və Pele kimi olmaq fürsətidir.

Leo Messi şübhəsiz ki, 21-ci əsrin ən böyük futbolçularından biri kimi tarixə düşəcək.

Bir sözlə, latın amerikalılar əla futbol oynayırlar. Çünki iqlim, yaşayış şəraiti, fiziki güc və təşkilatlanma onlara üstünlük verir. Bəs görəsən bu dünya çempionatının qalibi Latın Amerikası ölkəsi ola biləcəkmi? Məsələn Braziliya və ya bu Dünya Kuboku onun karyerasında sonuncu olacaq möhtəşəm Messinin komandası Argentina? Bunu futbol azarkeşlərinə DÇ-nin final oyunu göstərəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*