Latviyanın ən böyük operatoru bir neçə Rusiya telekanalının təkrar yayımını dayandırıb.
KONKRET.az xəbər verir ki, Latviyanın ən böyük telekommunikasiya şirkəti Tet bu gündən – fevralın 26-dan etibarən ölkədə Rusiya hakimiyyəti ilə əlaqəli bir sıra telekanalların təkrar yayımını dayandırıb. Xüsusilə, bu, THT, Friday International, CTC Baltics, RTVi, RBC, My Planet, Domashny kanallarına aiddir. Bu qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda qəbul edilib.
Tet saytındakı press-relizdə deyilir ki, “Rusiya Federasiyası Ukraynaya qarşı ağlasığmaz təcavüzə başlayıb”. Şirkət qeyd edib ki,bu kanallar təhlükəli informasiya məkanı deməkdir.
Şirkət əlavə edib ki, Latviyada rusdillilər üçün 8TV, Dozhd, UATV (Ukrayna), Present Time kanalları, eləcə də Rusiya yayımlı kanallar – Fox, Discovery, Euronews və s nəzərdə tutulub.
Rusiya qoşunlarının Ukraynaya yeridilməsindən sonra Polşa və Finlandiyada bir sıra Rusiya telekanallarının, o cümlədən RT-nin yayımı qadağan edilib. RT-nin baş redaktoru Marqarita Simonyan Avropa İttifaqının sanksiyalarına məruz qalıb.
Sevinc Paşayeva,
KONKRET.az
