Lavrov BMT-dəki çıxışında BİABIR OLDU: İclas zalını TƏRK ETDİLƏR – VİDEObackend

Lavrov BMT-dəki çıxışında BİABIR OLDU: İclas zalını TƏRK ETDİLƏR - VİDEO

Bu gün Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında maraqlı hadisə yaşanıb.

KONKRET.az xəbər verir ki, Qərb ölkələri öz hava məkanını Rusiya üçün bağladığından Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti iclasda iştirak edə bilməyib.

Bu səbəbdən də Lavrov toplantıya onlayn formatda qatılıb.

XİN rəhbərinin videomüraciəti demək olar ki, boş bir zala nümayiş etdirilib. Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq əksər nümayəndə heyətləri iclas zalını tərk ediblər. Yəmən, Tunis, Suriya və Venesuela da daxil olmaqla bir neçə dövlətin nümayəndəsi içəridə qalıb. Qalan diplomatlar isə foyeyə çıxıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*