Lavrov Maduro ilə görüşmək üçün Venesuelaya gəldibackend

Lavrov Maduro ilə görüşmək üçün Venesuelaya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Karakasa işgüzar səfərə gəlib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Rusiya XİN başçısının Venesuela prezidenti Nikolas Maduro ilə görüşü planlaşdırılır.

Bundan başqa, Lavrov Venesuelalı həmkarı Jorge Arreasla da görüşəcək.

21 yanvar 2019-cu ildə Venesuelada Maduro and içdikdən sonra ona qarşı kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə, Venesuela müxalifətinin lideri Juan Quaydo qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bir sıra ölkələr Quaydonu dövlət başçısı kimi tanıyıblar. Öz növbəsində, Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu legitim prezident kimi dəstəkləyiblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*