Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Aktual ikitərəfli və regional məsələlər, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, həmçinin KTMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, tərəflər təhlükəsizlik təminatlarına dair danışıqlarla bağlı fikir mübadiləsi aparıblar.
Avro-Atlantik regionda bərabər və bölünməz təhlükəsizlik prinsiplərinin ardıcıl surətdə qorunmasının vacibliyi vurğulanıb.
