“Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar bu gün baş tutacaq”.
KONKRET.az xəbər verir ki, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bu gün baş tutacağını Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti Vaşinqtondan siqnallar alır. Nazir Rusiyaya qarşı müharibə planlarının hazırlandığından da əmindir.
Rusiya ilə danışıqla Belarusun Belovejskayada deyil, başqa yerdə aparılacaq. Bu barədə Ukrayna nümayəndə heyətinin nümayəndəsi David Araxamia məlumat verib.
Lavrov Rusiyanın Ukrayna ilə danışıqlarda mövqeyi barədə bildirib: Rusiya Federasiyası hesab edir ki, LPR və DXR Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində tanınmalıdır.
Ötən gecə Rusiya nümayəndə heyəti danışıqların ikinci raundu üçün Belovejskayaya gəlib. Görüş üçün yer hər iki nümayəndə heyəti seçilib. Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqlarda atəşkəs rejiminin müzakirə ediləcəyini bildirib.
Rusiya-Ukrayna danışıqlarının ikinci raundu saat 15:00-da Brest vilayətində keçiriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
