Lavrovla Mirzoyan Azərbaycandakı “erməni məhbuslar”ı MÜZAKİRƏ ETDİLƏRbackend

Lavrovla Mirzoyan Azərbaycandakı "erməni məhbuslar"ı MÜZAKİRƏ ETDİLƏR

Ararat Mirzoyan və Sergey Lavrov telefonla danışıblar.

KONKRET.az xəbər verir ki, Ermənistan və Rusiyanın xarici işlər nazirləri telefon danışığnda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının və 8-ci Regionlararası Forumun keçirilməsini müzakirə ediblər.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinə, Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması, etimad tədbirlərinin təşviqi və qonşular arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması mövzusuna da toxunublar. Nazirlər Azərbaycandakı “erməni məhbusların” geri qaytarılmasının, mina sahələrinin xəritələrinin təhvil verilməsinin və mədəni irs obyektlərinin qorunmasının vacibliyini vurğulayıblar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*