Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilərbackend

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasını müzakirə ediblər.

Həmçinin, Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində sülh danışıqları yolu ilə uzunmüddətli və hərtərəfli həllinin vacibliyi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*