“Lazım gələrsə, KTMT-nin yardımından imtina etməyəcəyik” – Lukaşenkobackend

"Lazım gələrsə, KTMT-nin yardımından imtina etməyəcəyik" - Lukaşenko

“Lazım gələrsə, KTMT-nin yardımından imtina etməyəcəyik”. 

KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O hesab edir ki, Belarus ərazisinə müdaxilə olacağı təqdirdə yardım üçün KTMT-yə müraciət etməyəcək, lakin Minsk yardımdan imtina etməyəcək.

“Əlbəttə, əgər Allah eləməsin, hücum baş verərsə, biz heç vaxt KTMT yardımının əleyhinə olmayacağıq. Biz köməkdən imtina etməyəcəyik. Amma, bilirsiniz, mən hesab edirəm ki, hətta bu halda da biz KTMT-ni işə cəlb etməyəcəyik. Necə cavab verə biləcəyimizi təsəvvür belə edə bilməzsiniz”, – deyə o bildirib.

Lukaşenko bir qədər əvvəl bəyan edib ki, Belarusa hücum olarsa, bu ölkə “elə cavab verəcək ki, təkcə Avropa titrəməyəcək”. O əlavə edib ki, belə əməliyyatlarda Rusiya ilə silahlı qüvvələrin birgə qruplaşması da iştirak edə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*