Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildibackend

Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında jurnalist Ləman Ələşrəfqızının müraciəti müzakirəyə çıxarılıb.

KONKRET.az xəbər verir ki, deputatlığa namizəd İsmayılova Ləman Ələşrəf qızının müraciəti haqqında MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qeydə alınmış namizəd dairə üzrə seçkilərin nəticələrinin ləğvini tələb edib.

A.Muxtarova jurnalistin əvvəlcədən etdiyi şikayətinin araşdırıldığını, 29, 30, 43 saylı seçki məntəqələrində seçicilərin iradəsinə zidd məqamlar olmasının təsdiqləndiyini diqqətə çatdırıb.

MSK-nın ekspert qrupunun rəyi ilə Ləman Ələşrəfqızının müraciəti qismən təmin edilib. Belə ki, həmin seçki dairəsinin 29, 30, 43 saylı məntəqələrinin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, həmin dairədən lider namizəd Aqiyə Naxçıvanlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*