“LGBT nümayəndələrinin sayını xüsusi texnologiyalarla artırırlar” – SENSASİON AÇIQLAMAbackend

"LGBT nümayəndələrinin sayını xüsusi texnologiyalarla artırırlar" - SENSASİON AÇIQLAMA

Rusiyada LGBT təbliğatı aparan media resurslarının bloklanması birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Bu, Azərbaycanda da eyni addımın atıla biləcəyi ilə bağlı məsələni gündəmə gətirib. Nəzərə almaq lazımdır ki, hər ötən gün LGBT nümayəndələrinin sayı  çoxalır və onların təbliğatı aparılır. Bu isə gələcəyimizin təhlükə altına düşməsi və dəyərlərimizin məhv olması ilə nəticələnə bilər. Bəs görəsən, Rusiyada olduğu kimi Azərbaycanda da LGBT nümayəndələrinin təbliğatının qadağan edilməsi ilə bağlı qərar verilə bilərmi? 

Mövzunu KONKRET.az-a şərh edən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Rusiyada LGBT ilə bağlı verilən qərar doğrudur: “Min illərdir LGBT nümayəndələri bəşəriyyətdə mövcud olub. İndi onların sayını xüsusi texnologiyalarla artırırlar. Buna xidmət edən internet resursları var. Qurani Kərimin “Əl-Nisa” surəsində buyurulur ki, bir kişi öz zövcəsi (xanımı) ilə Allahın məsləhət bildiyi qaydada münasibət qurmalıdır. İslamda bu, heç də təsadüfən deyilməyib. Yəni ər və arvad arasında Allahın müqəddəs kitabımızda buyurduğundan fərqli şəkildə intim yaxınlıq baş verdikdə ana bətninə düşən uşağın gələcəkdə LGBT nümayəndəsi olması ehtimalı artır. Çünki uşaq bətində olarkən ana nəyə reaksiya verirsə, həmin impulslar körpəyə ötürülür. Bu da uşağın psixologiyasında və formalaşmasında böyük rol oynayır. Bu gün müxtəlif internet resursları fərqli cinsi münasibəti təbliğ edirsə, deməli gələcək üçün ciddi təhlükə yaranır. Çünki insanlar özləri də bilmədən Allahın buyurduğu intim münasibətdən kənara çıxırlar və beləcə ana bətninə düşən uşağa impuls ötürülür. Bu zaman anadan olan uşaqlarda kompleks yaranır. Digər tərəfdən qəbul etdiyimiz qidalar da LGBT nümayəndələrinin sayının çoxalmasında ciddi rol oynayır. Bir sözlə, xüsusi qüvvələr var ki, bu cür insanların çoxalması üçün fəaliyyət göstərirlər”.

Əhməd Qəşəmoğlu: “Bayrağımızın kodlarına əməl etməliyik”

Sosioloqun sözlərinə görə, LGBT nümayəndələrinin sayının artması cəmiyyətdə gərginlik yaradır və mənəvi dəyərləri silkələyir: “Dünyada ən qorxulu məfhum mədəniyyət sisteminin məhv olmasıdır. Bu, dövləti uçuruma aparan ən əsas yol hesab edilir. Ona görə də, biz LGBT nümayəndələrinə qarşı fəal mübarizə aparmalıyıq. Çünki doğulan uşaqlar yazıqdır, heç kim övladının və ya yaxınının bu cür olmasını istəməz. Hansısa mənfur qüvvələr LGBT nümayəndələrinin çoxalmasına çalışırsa, biz bunun təbliğatını efirlərdə, Kütləvi İnformasiya Vasitələrində və yaxud digər ictimai yerlərdə aparmamalıyıq. Əks halda cəmiyyətdə həmin insanlarının artmasına şərait yaradırıq. Bununla da həm böyük bir qrup insanı bədbəxt edirik, həm də cəmiyyətin özünün mənəvi kökünü sarsıdırıq. Ona görə də, Azərbaycanda bu istiqamətdə ciddi işlərin görülməsini zəruri sayıram. Müvafiq dövlət qurumları da çalışmalıdır ki, kompleks tədbirlər həyata keçirsinlər. Önəmli olan LGBT nümayəndələrinin təbliğatının qadağan edilməsidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*