
Türkmənistanda S.Niyazov adına Tibb və Məsləhət Mərkəzində mövcud dörd liftdən üçü işləmir. Buna səbəb iki ay bundan qabaq liftdə düzgün istifadə olunmaması zamanı tibb işçisinin liftdə həlak olması göstərilir.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yeganə işləyən liftlə yalnız əlilləri və ağır xəstələri aparırlar. Həkimlər və digər xəstələr, ahıl adamlar isə liftdən istifadə edə bilmirlər. Yaşlarına və sağlamlıq vəziyyətlərinə baxmayaraq onlar pilləkənlərlə palatalara qalxırlar.
Mərkəzin texniki işçilərindən birinin sözlərinə görə, liftlər üçün zəruri ehtiyat hissələri üçün müraciət göndərilib, lakin onların nə vaxt gələcəyi məlum deyil.
Xəstəxana əməkdaşlarının dediyinə görə, burada problem təkcə liftlərlə bağlı deyil. Elektrik naqilləri, kanalizasiya və havalandırma filtrlərinin də uzun müddətdir təmirə ehtiyac var.
