Lirə daha da ucuzlaşdı, Ərdoğan onları vəzifədən AZAD ETDİbackend

Lirə daha da ucuzlaşdı, Ərdoğan onları vəzifədən AZAD ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin zəifləməsinin davam etməsi fonunda maliyyə və xəzinə nazirinin iki müavinini vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, müvafiq fərman rəsmi hökumət qəzeti “Resmi Gazete”də dərc olunub. Şakir Ercan Gulya və Mehmet Hamdi Yıldırımı Mahmut Gürkan və Yunus Elitaş əvəzləyib.

Xatırladaq ki, dekabrın 2-də də Ərdoğanın əmri ilə maliyyə və xəzinə naziri Lütfi Elvan vəzifəsindən azad edilib, yerinə onun müavinlərindən biri – Nurəddin Nəbati təyin edilib.

Qeyd edək ki, ilin əvvəlindən türk valyutası dollar və avro qarşısında təxminən iki dəfə ucuzlaşıb ki, bu da son illərin ən böyük dəyər itirmələrindən birinə çevrilib. Hazırda 1 ABŞ dolları 15.25 TL-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*