Litva Belarusla daha iki sərhəd-keçid məntəqəsini bağlayırbackend

Litva Belarusla daha iki sərhəd-keçid məntəqəsini bağlayır

Litva hakimiyyəti əvvəllər bağlanan iki məntəqədən əlavə, Belarusla sərhəddəki daha iki keçid məntəqəsində nəqliyyatın hərəkətini dayandırmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu təklif Təhlükəsizlik Məsələləri üzrə Hökumətlərarası Komissiya tərəfindən bəyənilib. Komissiya sanksiyaya məruz qalan malların və qaçaqmalların daşınmasına daha effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı məsul qurumların təkliflərini müzakirə edərək təsdiqləyib.

Lavorişkes və Raiqardasdakı sərhəd-keçid məntəqələrinin bağlanması təkliflərinə baxılıb. Bu keçid məntəqələrindən birincisi vasitəsilə nəqliyyat Polotsk istiqamətində, ikincisi ilə Qrodno istiqamətində gedir. Keçidlər təkcə avtonəqliyyat vasitələrinə deyil, həm də velosipedçilərə və piyadalara da şamil edilir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*