Litvada həyəcan siqnalı: Prezident və baş nazir sığınaca aparıldıbackend

Litvada həyəcan siqnalı: Prezident və baş nazir sığınaca aparıldı

Litvada hava həyəcanı siqnalı verilib. Buna səbəb Belarusla sərhəddə PUA-nın aşkar edilməsi olub. Vilnüs hava limanı təhlükəsizlik tədbirləri çərçivəsində fəaliyyətini dayandırıb.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “LRT” nəşri məlumat yayıb.

Bildirilir ki, həyəcan siqnalı bir neçə sərhəd bölgəsində verilib. Vilnüsdə sakinlərə sığınacaqlara düşmək tövsiyə olunub. Məktəblərdə dərslər dayandırılıb.

Litva xəbər agentliklərinin məlumatına görə, Prezident Gitanas Nauseda, baş nazir İnqa Ruqinene və Seymin Baş katibi Yozas Olekasın sığınacaqda olması təsdiqlənib.

Litva qırıcıları insidentlə bağlı səmaya qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*