Livanın Baş Naziri istefa verdibackend

Livanın Baş Naziri istefa verdi

Livanın yeni Baş Naziri Mustafa Ədib hökumət qurmaqdan imtina etdiyini və istefa verdiyini açıqlayıb.

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

“Siyasi blokların kabinet qurmaq uğrunda səy göstərdiyim müqaviləni pozduğuna görə sizdən üzr istəyirəm.

Onlar hökumətin qurulması prosesini siyasiləşdirməkdən əl çəkmədilər”,-deyə Ədib Prezident Mişel Aun ilə görüşdən sonra bildirib.

Ədib Livandakı vəziyyəti sabitləşdirmək üçün Fransanın təşəbbüslərinin həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

“Livanı xilas etmək üçün Fransa Prezidenti Emmanuel Makronun siyasi böhranın həlli ilə bağlı təşəbbüsünü həyata keçirməyə davam etməliyik”,-deyə o sözlərinə əlabə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*