Liviyada atəşkəs elan olundubackend

Liviyada atəşkəs elan olundu

Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir:

“Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq, prezident şurasının başçısı və Liviya ordusunun ali baş komandanı yanvarın 12-si gecə yarısından atəşkəs elan edib”.

Qeyd edək ki, daha əvvəl feldmarşal Xəlifə Haftarın Liviya Milli Ordusu da döyüşlərin dayandırılmasına razı olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*